Tallinn Texniki Universitetinin tələbələri tərəfindən hazırlanmış “Koit” adlı peyk Rusiyanın “Vostoçnıy” kosmodromundan “Soyuz” gəmisində orbitə göndərilib.
NUHÇIXAN xəbər verir ki, bu, Estoniyanın ikinci kosmik peykidir. Daha bir peykin isə bu payızda “Hamarik” adı ilə Fransız Qayanasındakı kosmodromdan kosmosa göndəriləcəyi gözlənilir.