“Falcon Eye-1” peykinin buraxılması təxirə salınıb

A- A A+

Arianespace şirkəti “Falcon Eye-1” müşahidə peykinin Birləşmiş Ərəb Əmirlikləri ərazisindən kosmosa buraxılmasını təxirə salıb. NUHÇIXAN CNN telekanalının saytına istinadla xəbər verir ki, peykin buraxılışının ertələnməsi Kuru kosmodromunda pis hava şəraiti ilə bağlıdır.

Şirkətin mətbuat üçün açıqlamasında qeyd olunur ki, Qviana kosmik mərkəzində qeydə alınmış atmosferin yüksək qatında güclü küləklər nəticəsində müşahidə peykinin nəzərdə tutulduğu vaxtda buraxılması mümkün olmayıb. “Falcon Eye-1” peykinin həmin kosmodromdan buraxılması iyulun 7-si saat 23:00-a (Bakı vaxtı ilə iyulun 8-i saat 5:00) nəzərdə tutulub.

“Falcon Eye-1” peyki Arianespace şirkətinin Birləşmiş Ərəb Əmirlikləri ilə imzaladığı kontrakt əsasında kosmosa göndərəcəyi iki hərbi kəşfiyyat aparatından birincisidir. Məlumdur ki, bu peyk aşağı orbitə yerləşdiriləcək. Onun istehsalı ilə Airbus Defence və Thales Alenia Space şirkətləri məşğul olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: