Rumıniyanın “News24hours” xəbər portalı Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsindən yazıb

A- A A+

Rumıniyanın “News24hours” xəbər portalı UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə məqalə yayıb.

NUHÇIXAN xəbər verir ki, məqalədə ticarət yolları üzərində yerləşən Şəkidəki tarixi abidələrin Səfəvilər və Qacarlar dövlətləri, habelə Rusiya imperiyası dövrlərinə aid memarlıq ənənələrindən bəhrələndiyi qeyd olunur. Şəkidəki tarixi abidələrin ən məşhurlarından olan Xan Sarayının və karvansarayların inşası barədə geniş söhbət açılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: