İyulun 5-də ABŞ-ın Kaliforniya ştatında baş verən 7,1 bal gücündə zəlzələ yer səthində kosmosdan görünən qırılmanın yaranmasına səbəb olub.
NUHÇIXAN SFGATE portalına istinadla xəbər verir ki, yeraltı təkanların episentrinin yaxınlığında əmələ gələn qırılma “Planet Labs” kompaniyasının peyk şəkillərində aydın görünür. Bundan başqa, ərazidə baş verən landşaft dəyişikliklərinə digər sübut ştat ərazisindəki avtomobil yollarında müşahidə edilən çatlardır. Hazırda bununla əlaqədar avtomobil magistrallarından biri nəqliyyatın hərəkəti üçün tam bağlanıb.
Xatırladaq ki, iyulun 5-də yerli vaxtla saat 03:19-da Kaliforniya ştatının cənubunda 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Bu, son 25 ildə ştat ərazisində baş verən ən güclü yeraltı təkan olub.