ABŞ-da “Alberto” qasırğasından reportaj hazırlayan jurnalistlər həlak olub

A- A A+

ABŞ-ın cənub sahillərində tüğyan edən “Alberto” subtropik qasırğası iki nəfərin ölümünə səbəb olub. Onlardan biri regional WYFF telekanalının aparıcısı Mayk Makkormik, digəri həmin kanalın fotoqrafı Aaron Smelserdir.

NUHÇIXAN Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, həlak olanlar Şimali Karolina ştatının Polk dairəsində qasırğa barədə reportaj hazırlayırdı.

Son məlumata görə, Kuba hökuməti ölkənin qərb və mərkəzi hissələrini cənginə alan “Alberto” qasırğası səbəbindən 13 minə yaxın insanı təxliyə edib. Leysan yağışlarının səbəb olduğu daşqınlar Artemisa, Matansas, Pinar-del-Rio, Santa-Klara və Sankti-Spiritus əyalətlərində yerləşən alçaq əraziləri basıb. Sonra qasırğa Floridaya çataraq şimala doğru hərəkət etməyə başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: