Ermənistanın paytaxtı da daxil olmaqla bir sıra şəhərlərinə elektrik enerjisinin təchizatı dayanıb

A- A A+

Ermənistanda elektrik enerjisinin verilməsində ciddi problem yaranıb.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanın paytaxtı da daxil olmaqla bir sıra şəhərlərə elektrik enerjisinin təchizatı dayanıb. Buna səbəb Yerevan və Razdan istilik elektrik stansiyalarında baş verən qəzalardır.

Yerevanda qatarlar tuneldə qalıb, internetin verilməsində çətinliklər yaranıb. Ölkə miqyasında elektrik enerjisinin verilməsində fasilələr yarana biləcəyi barədə xəbərdarlıq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: