Belarusun Vitebsk rayonunun meşə ərazisində İkinci Dünya müharibəsinə aid 20-dən artıq top mərmisi aşkarlanıb.
NUHÇIXAN BELTA-ya istinadla xəbər verir ki, 75 millimetr və 85 millimetr kalibrli mərmilər yığıldıqdan sonra Belarus Daxili İşlər Nazirliyinin daxili qoşunları tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, hər il Belarus ərazisində orta hesabla İkinci Dünya müharibəsinə aid 20 mindən artıq mərmi aşkarlanaraq zərərsizləşdirilir.