Ermənistan Xarici İşlər Nazirliyi diplomatların sosial şəbəkələrdə fəallığının qarşısını alır. NUHÇIXAN xəbər verir ki, bu məlumatı erməni “Jamanak” qəzeti yayıb. Nazirlik hesab edir ki, ölkənin xaricdəki təmsilçiləri vaxtlarını sosial şəbəkələrdə keçirmək yerinə öz işləri işə məşğul olmalıdırlar.
Qeyd olunur ki, Ermənistan XİN bu məsələ ilə bağlı bir neçə diplomata xəbərdarlıq da edib. Bunu Ermənistanın xarici siyasət idarəsinin mətbuat katibi Anna Naqdalyan bildirib. O deyib: “Xarici təhlükəsizliklə əlaqədar dövlət qulluğu olduğundan, XİN tərəfindən “Diplomatik xidmət haqqında” Qanuna və “Diplomatik etika normalar”ına uyğun olaraq diplomatlar üçün davranış qaydaları tətbiq edir. Onun sözlərinə görə, bu qaydaların pozulmasın, xüsusən iş vaxtı sosial şəbəkələrdə ünsiyyətə görə ranqından asılı olmayaraq bir neçə səfirə xəbərdarlıq edilib. Naqdalyan əlavə edib ki, bu təcrübə dünyanın bir çox ölkələrində tətbiq olunur və XİN ondan imtina etmək istəmir. XİN rəsmisi xidmət məcəlləsini pozanlara güzəşt edilməyəcəyini də bildirib.
Erməni ekspertlər bu qərarı şərh edərək qeyd ediblər ki, hökumətin əsas məqsədi diplomatların siyasətlə məşğul olmasının qarşısını almaqdır. Onların sözlərinə görə, son aylar ölkədəki qanunsuzluqlarla bağlı sosial şəbəkələrdə narazılıq bildirən diplomatların sayı artıb.