“Microsoft” şirkəti “Windows” və “Windows Server” əməliyyat sistemlərinin müxtəlif redaksiyaları, “Edge” və “Internet Explorer” brauzerləri, “Office” proqramlar paketi, “SharePoint, Exchange Server” və “.NET Framework” platformaları, SQL Server VBİS, “Visual Studio” və həmçinin başqa proqram məhsullarında boşluqları aradan qaldıran düzəliş və təhlükəsizlik paketlər dəstini təqdim edib.
NUHÇIXAN 3dnews.ru saytına istinadən xəbər verir ki, korporasiyanın saytında dərc edilmiş məlumatlara əsasən, “Microsoft”un mütəxəssisləri tərəfindən təxminən 80 boşluq aradan qaldırılıb. Təhlükəsizlik paketlərini “Microsoft”un məhsullarına quraşdırılmış avtomatik yeniləmə vasitəsi ilə yükləmək mümkündür.