Yaponiya Sikkəxanası yeni Reiva dövrünün ilk sikkələrinin kəsilməsinə başlayıb.
NUHÇIXAN xəbər verir ki, bununla əlaqədar Osaka şəhərində yerləşən Sikkəxananın mənzil-qərargahında təntənəli mərasim keçirilib.
Mərasimdə Yaponiya Baş Nazirinin müavini, Maliyyə naziri Taro Aso və İmperator dəftərxanasının yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.
“Reiva bir” adlı 500 yenlik və 100 yenlik sikkələri kəsəcək dəzgahın işə salınması alqışlarla qarşılanıb.
Yeni kəsiləcək sikkələr cari ayın sonlarında Yaponiya bankına göndəriləcək.