“Skif qızılı” ilə bağlı məhkəmə qərarının verilməsi təxirə salınıb

A- A A+

İyulun 16-da Amsterdam məhkəməsi “Skif qızılı” ilə bağlı yekun məhkəmə qərarının verilməsini təxirə salıb. NUHÇIXAN xəbər verir ki, bu barədə UKRİNFORM agentliyi məlumat yayıb.

Agentliyin xəbərində deyilir ki, məhkəmənin mətbuat xidmətinin məlumatında Allard Pirson muzeyinin Krımın bu unikal sərvətini məhkəmənin yekun qərarınadək saxlamaq hüququ olduğu bildirilir. Niderlandın miras haqqında qanunu bu məsələyə şamil olunmur. Apellyasiya məhkəməsi iddia tərəflərindən mülkiyyət hüququna dair yeni sübutlar tələb edib. Bunun üçün onlara iki ay əlavə vaxt verilib. Məhkəmənin yekun qərarının isə 6-9 ay ərzində veriləcəyi gözlənilir. Hakim Krım ətrafında yaranmış mürəkkəb siyasi və hüquqi vəziyyəti də diqqətə çatdırıb. Elə bu səbəbdən də bu tarixi-mədəniyyət incilərinin Ukraynaya, yaxud hazırda Rusiyanın nəzarəti altında olan Krıma qaytarılması barədə məhkəmə qərarı dəfələrlə təxirə salınıb.

2016-cı ilin dekabrında Amsterdam Dairə Məhkəməsi “skif qızılı”nın Ukraynaya qaytarılması barədə qərar çıxarmışdı. Bu sərvət hələ 2014-cü ilin fevralında – Krımın ilhaqından əvvəl sərgidə nümayiş etdirilməsi üçün Allard Pirson muzeyinə aparılıb. Adanın Rusiyanın nəzarətinə keçməsindən sonra onun kimin mülkiyyəti olması barədə mübahisələr yaranıb və Rusiya tərəfi Amsterdam Apellyasiya Məhkəməsinə müraciət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: