Dubayda Yollar və Nəqliyyat İdarəsi öz müştəriləri ilə “WhatsApp” messencer vasitəsilə əlaqə saxlayacaq
Dubayın Yollar və Nəqliyyat İdarəsi yaxın vaxtlarda “WhatsApp” messencer bazasında yeni servis tətbiq edəcək.
NUHÇIXAN xəbər verir ki, Dubayda bu yeni xidmət tətbiq ediləndən sonra müştərilər yol hərəkəti qaydalarının pozulmasına görə cərimə ödənilməsi məsələlərinə dair Yollar və Nəqliyyat İdarəsi ilə ani informasiya mübadiləsi formatında əlaqə saxlaya biləcəklər.
İstifadəçilər cərimələr barədə bütün zəruri məlumatı öz smartfonunun köməyi ilə ala biləcəklər. Yeni xidmətdən istifadə etmək üçün cəriməni “WhatsApp” messencer vasitəsilə ödəmək arzusunda olmağınızı göstərilən telefon nömrəsinə bildirməyiniz kifayətdir.