Türkiyənin sifarişi ilə Rusiyada istehsal olunan S-400 zenit-raket komplekslərinə aid hissələrin Ankaraya daşınması davam edir. Həmin hissələr “Ruslan” çoxtonnajlı yük təyyarələri ilə gətirilir.
NUHÇIXAN Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, artıq kompleksə aid hərbi məhsulları daşıyan 14-cü təyyarə Ankaradakı “Mürted” aerodromunda qəbul olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına görə, S-400 zenit-raket komplekslərinin tam şəkildə quraşdırılması 2020-ci ilin aprel ayında başa çatacaq.
Yerli KİV-lər isə yazır ki, Türkiyədə qurulan S-400 zenit-raket komplekslərinin sentyabrın 10-dan başlayaraq istifadəyə verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, yüklərin daşınmasına iyulun 12-dən başlanılıb.