KİV: Ermənistan yeni AES tikməyə pul tapmır

A- A A+

Ermənistan yeni atom elektrik stansiyasının (AES) tikintisi üçün pul tapmır. 

NUHÇIXAN-ın məlumatına görə, bu barədə “Jamanak” qəzeti yazıb. 

Bildirilib ki, yeni AES-in tikintisi üçün 4-5 milyard dollar maliyyə vəsaiti lazımdır, Rusiya tərəfi bir neçə dəfə bu məbləği verə bilməyəcəyini açıqlayıb: “Yeni stansiyanın tikintisi üçün Ermənistanın maliyyə vəsaiti yoxdur, Rusiya isə ona kredit verə bilmir”.

Məlumata görə, yeni stansiyanın tikintisi barədə hələ 2008-ci ildə keçmiş prezident Serj Sarqsyan ölkə parlamentinə müraciətində bəhs etmişdi.

Qəzet Ermənistan hökumətinin planlarından da bəhs edib: “Kosmik miqyaslı planlar var, ancaq onları həyata keçirmək üçün pul yoxdur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: