Türkiyənin Ordu şəhərində inşa olunan “Tərs ev” böyük maraqla qarşılanıb. Ölkənin hər yerindən buraya ziyarətçi axını var.
NUHÇIXAN Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Ordu Böyükşəhər bələdiyyəsi tərəfindən layihələşdirilərək tikilən 150 kvadratmetr sahəsi olan ev tərs olmaqla bərabər, yana əyilib. Artıq qısa müddətdə Türkiyə ictimaiyyəti tərəfindən “Tərs ev” adını alan bu layihə iyunun 19-da istifadəyə verilib. Ötən günlərdə 22 minə yaxın ziyarətçi “Tərs ev”in qonağı olub.