Birləşmiş Ərəb Əmirliklərində “Etisalat” telekommunikasiya şirkəti “Birlikdə” mənasını verən özünün şəxsi smaylını yaradıb.
NUHÇIXAN xəbər verir ki, üç smaylın birlikdə təsvir edildiyi yeni simvolun yaradılmasından ötrü mobil rabitə operatoru dizaynerlər komandasını cəlb edib, yekun variantın seçilməsi üçün isə Dubayın, Əbu-Dabinin və Şarcənin iri ticarət-əyləncə komplekslərinin ziyarətçiləri arasında səsvermə keçirilib.
Bundan sonra bütün smartfon istifadəçiləri “Unicode Consortium” kodlaşdırmasını tətbiq edərək yeni smaylı qurğularına yükləyə biləcəklər.