Moskvanın Şeremetyevo aeroportunda Moskvadan Yerevana uçan təyyarədə tüstülənmə hidravlik buxarın və yağın kondensasiya sisteminə düşməsi üzündən baş verib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Təhqiqat Komitəsi Regionlararası Nəqliyyatda Təhqiqat İdarəsinin nümayəndəsi məlumat verib. O bildirib ki, “Nordwind” aviaşirkətinə məxsus təyyarə göyə qalxan zaman par və yağ kondensasiya sisteminə və oradan da salona düşüb. Təyyarədə yanğın baş verməyib.
Hadisə ilə bağlı təhqiqat davam edir.