Ukraynada keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün ölkədə sükut günüdür.
NUHÇIXAN xəbər verir ki, Ukraynanın seçki qanunvericiliyinə görə, sükut günündə hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, reklamlar, KİV-lərdə açıqlamalar, sorğuların nəticələrinin dərci qadağan olunur.
Qeyd edək ki, iyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək.
Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.