Roma 2022-ci ildə keçiriləcək su idman növləri üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürmək niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, şəhərin meri Virciniya Raqqi bununla bağlı memorandum imzalayıb. Memorandumda şəhər meriyasının yarışlara ev sahibliyi etməkdə maraqlı olduğu diqqətə çatdırılıb.
Qeyd olunur ki, Roma 2009-cu ildə su idman növləri üzrə dünya çempionatına uğurla ev sahibliyi edib. Lakin V.Raqqi 2016-cı ildə şəhər meri seçildikdən sonra Romanın 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək təklifindən imtina edib.