Azərbaycan Rusiyadan minik avtomobillərinin ixracı üzrə üçüncü yerdədir

A- A A+

Bu ilin birinci rübünün statistik göstəricilərinə əsasən, Azərbaycan Rusiyadan avtomobil ixracının əsas istiqaməti üzrə üçüncü yerdə qərarlaşıb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə "Avtostat" Analitik Agentliyinin məlumatında bildirilir.

İxracın əsas istiqamətləri üzrə lider Latviyadır - göstərilən dövrdə Rusiya minik avtomobilləri ixracının beşdə bir hissəsi (912 ədəd) bu ölkənin payına düşür. Reytinqin ikinci sırasında Ukrayna (881 ədəd) qərarlaşıb, üçlüyü Azərbaycan (593 ədəd) tamamlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: