Rusiya Ermənistandan göndərilən çiyələyi geri qaytarıb. NUHÇIXAN “Rospotrebnadzor” fitosanitar xidmətinin saytına istinadla xəbər verir ki, Rusiya tərəfi bunun həmin məhsulda mineralların və vitaminlərin normalara cavab vermədiyi ilə əlaqələndirib. Erməni tərəfi də etiraf edib ki, həmin məhsulların sanitar-kimyəvi tərkibi onların yetişdirildiyi torpaqla bağlıdır.
“Rospotrebnadzor” fitosanitar xidməti Özbəkistandan daxil olmuş gilas və əriyin də normalara uyğun gəlmədiyini bəyan edib. Tərkibində C vitamini, dəmir, kalsiumun dörd dəfə az olduğu həmin məhsullar da geri qaytarılıb. Ekspertlər bildiriblər ki, bunun səbəbi torpaqda mineralların az olmasıdır. Eyni zamanda, pestisidlərin və ağır metal duzlarının normalar daxilində olduğu qeyd olunub.