İşğal olunmuş Dağlıq Qarabağda Ermənistan ordusunun əsgəri öldürülüb. NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda insidentin cəbhə xəttindəki təmas nöqtələrindən birində baş verdiyi bildirilir. Erməni əsgərin öz yoldaşlarının atdığı güllə yarasından öldüyü ehtimal olunur.
2000-ci il təvəllüdlü əsgər Volodya Qaloyanın ölümü ilə bağlı hərbi prokurorluq tərəfindən təhqiqat aparılır.