Ermənistanın paytaxtı Yerevanda binaların birində baş verən partlayış nəticəsində xəsarət alan şəhər sakini qəlpə yaraları ilə xəstəxanaya çatdırılıb. NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, bu ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, insident iyulun 25-də günorta saatlarında baş verib. Partlayışın baş verdiyi binaya və ətrafdakı əraziyə minaaxtaranlar və kinoloqlar göndərilib. Nazirliyin böhran vəziyyətlərinin idarə edilməsi mərkəzinin əməliyyat qrupu Yerevanın Koçinyan küçəsində başqa partlayıcı qurğuların olub-olmadığını araşdırır.
Bildirilir ki, partlayışın baş verdiyi binada minaatan mərmisi tapılıb.