Bu ilin 6 ayı ərzində Ermənistan silahlı qüvvələrində ümumilikdə 425 cinayət hadisəsi qeydə alınıb.
NUHÇIXAN “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Baş Prokurorluğunun Mətbuat xidməti yayıb.
Baş verən cinayət hadisələrindən 414-nün üstü açılıb. Hesabat dövründə işğalçı ölkənin ordusunda 52 ağır, 14 xüsusi ilə ağır cinayət törədilib. Xüsusi ilə ağır cinayətlərdən 7-si ölüm faktı ilə bağlı olub.
Son altı ayda Ermənistan silahlı qüvvələrində 159 halda səlahiyyət həddinin aşılması və hərbi nizamnamənin pozulması faktı qeydə alınıb. 11 dəfə hərbi mülkiyyətdən istifadə və onun qorunması qaydalarının pozulması halı baş verib.
Hesabat dövründə silahlı qüvvələrdə vəzifəli şəxslərin 28 dəfə cinayət törətdiyi qeydə alınıb. Bu müddət ərzində cinsi toxunulmazlıqla bağlı bir cinayət hadisəsi baş verib.