“Tokio 2020” Olimpiya Oyunlarının təşkilatçıları biletlərin satışı üçün əlavə onlayn lotereya keçirmək niyyətindədirlər.
NUHÇIXAN xəbər verir ki, bu məqsədlə keçirilən birinci lotereya zamanı 4 milyondan çox həvəskar biletsiz qalıb.
Yarışların təşkilat komitəsinin nümayəndələrinin bildirdiyinə görə, lotereyanın birinci turunda təqribən 4 milyon 160 min həvəskar yarışların heç birinə bilet əldə edə bilməyib. İlk lotereyanın nəticələri iyunda elan edilib. Birinci mərhələdə lotereyada iştirak etmək üçün 5 milyon 120 min nəfər müraciət edib. Arzu edənlərin təqribən 20 faizi və ya 960 min nəfər ən azı bir bilet əldə edə bilib.
Təşkilat komitəsinin nümayəndələri bildiriblər ki, ikinci tur əvvəlki turda bilet ala bilməyənlər üçün keçiriləcək.
Onları sakitləşdirmək və daha çox insanın arzusunu həyata keçirmək üçün təşkilatçılar ikinci turun keçirilməsini qərara alıblar.