BƏƏ ayrı-seçkilik tədbirləri Qətər tərəfindən ləğv ediləndən sonra Dünya Ticarət Təşkilatında araşdırmanı başa çatdırıb
Birləşmiş Ərəb Əmirlikləri Dünya Ticarət Təşkilatının (DTT) mübahisələrin nizamlanması üzrə orqanında Qətər tərəfindən törədilmiş ticarət pozuntuları ilə bağlı mübahisələrin araşdırılmasını bu mübahisələri yaradan ayrı-seçkilik tədbirləri Qətər tərəfindən ləğv ediləndən sonra başa çatdırıb.
NUHÇIXAN yerli KİV-lərə istinadla xəbər verir ki, Qətər 2018-ci ilin may və iyun aylarında BƏƏ-nin mallarına və distribüterlərinə qarşı ayrı-seçkilik tədbirləri tətbiq etməklə, özünün DTT-nin üzvü öhdəliklərini pozub. Nəticədə BƏƏ bu ayrı-seçkilik tədbirlərinin ləğvinə nail olmaq məqsədi ilə Qətərə qarşı mübahisələrin nizamlanması üzrə komissiyasının yaradılması üçün 2019-cu il yanvarın 28-də DTT-yə sorğu ünvanlayıb.
Qətər BƏƏ tərəfindən irəli sürülən iddiaları nizamlamaq üçün sözügedən tədbirləri bu il martın 31-də geri çağırıb. Buna müvafiq olaraq, BƏƏ Qətərə qarşı araşdırmanı başa çatdırmağa hazır olması barədə DTT-ni məlumatlandırıb.