Ermənistan sərhədçisi rüşvət aldığına görə həbs edilib

A- A A+

Ermənistan Milli Təhlükəsizlik Xidməti sərhəd qoşunlarının hərbçisini rüşvət almaqda şübhəli bilərək həbs edib.

NUHÇIXAN “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumat Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında yayılıb.

Bildirilib ki, sərhəd qoşunlarının hərbçisi Ermənistan vətəndaşı olan bacı və qardaşı Milli Təhlükəsizlik Xidmətində işə düzəltmək adı ilə onlardan rüşvət alıb.

İstintaq materiallarına əsasən, hadisə 2018-ci ilin sentyabr-dekabr aylarında baş verib. Hərbçi bu və başqa məsələlərlə bağlı həmin şəxslərdən 6,5 min dollar məbləğində pul alıb.

Fakt üzrə cinayət işi başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: