NASA yüksək temperaturun İslandiyanın böyük buzlağını necə əritdiyini özündə əks etdirən foto yayımlayıb.
NUHÇIXAN “Mirror” nəşrinə istinadən xəbər verir ki, son 30 ildə Okdjokul buzlağı tamamilə yox olub. 2014-cü ildə isə buzlaq ölü elan edilib.
Qeyd olunub ki, əvvəllər buzlağın sahəsi təxminən 38 kv.km olub. Ancaq 1978-ci ildə buzlaq sahəsi yalnız 3 kv.km ərazini əhatə edib.
Mütəxəssislərin fikrincə, Okdjokul buzlağı XX-ci əsrin sonlarında əriyərək yox olub.