“Facebook” şirkətinin rəsmisi eyniadlı sosial şəbəkənin milyonlarla istifadəçisinin səsli mesajlarını deşifrə etmək üçün yüzlərlə podratçı işə cəlb etdiyini etiraf edib. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” dərgisi yazıb.
NUHÇIXAN “hightech.fm” saytına istinadən xəbər verir ki, kənar podratçılar səsli mesajların deşifrəsi ilə məşğul olan “Facebook”un süni intellektini yoxlayıblar. Sosial şəbəkənin nümayəndələri əminliklə bildiriblər ki, mesajları dinlənilmiş və təhlil edilmiş istifadəçilər bu əməliyyatın həyata keçirilməsinə özləri razılıq veriblər.
“Bloomberg” dərgisinin jurnalistləri yazırlar ki, “Facebook”un siyasətində istifadəçi məzmununun toplanılması imkanı haqqında qeyd olunub, ancaq sənədlərdə səsli mesajlar haqqında konkret informasiya yoxdur.
Səsli mesajların deşifrəsi ilə məşğul olan podratçı şirkətlər “Facebook” üçün işlədiklərini bilməyiblər. Onlar bütün mesajları anonim şəkildə alıblar.