Yerevanda yanğınsöndürən nazirliyin binası yanıb

A- A A+

Yerevanda yanğınsöndürən qurumun – Ermənistan Fövqəladə Hallar Nazirliyinin öz binası yanıb.

NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, avqustun 19-da Ermənistan FHN-in binasının çardağı alovlanıb. Qeyd olunur ki, yanğının səbəbi elektrik xətlərindəki qısa qapanmadır. Öz binasında baş verən yanğın barədə məlumat yayan FHN bildirib ki, səhər saatlarında “911” xidmətinə nazirliyin binasında yanğın baş verməsi haqqında məlumat daxil olub və yanğınsöndürənlər 5 dəqiqədən sonra yanğını söndürə biliblər.

Yanğın nəticəsində xəsarət alan olmayıb, lakin FHN-in bütün əməkdaşları binadan təxliyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: