ABŞ-ın Müdafiə Nazirliyi yerüstü qanadlı raketin uğurlu buraxılışı barədə bəyanat verib.
NUHÇIXAN Pentaqonun məlumatına istinadla xəbər verir ki, raketin buraxılışı bazar günü Kaliforniya ştatındakı San-Nikolas adasından həyata keçirilib. 1987-ci ildə Birləşmiş Ştatlar və Sovet İttifaqı arasında imzalanan və cari ilin avqustunda ləğv olunan orta və yaxınmənzilli raketlərin ləğvi barədə Sazişin şərtlərinə müvafiq olaraq, raketin sınağına icazə verilməzdi.
“Sınaqdan keçirilən raket özünün yerüstü mobil buraxıcı qurğusundan çıxıb və start meydançasından 500 kilometr məsafədə yerləşən hədəfinə dəqiqliklə zərbə endirib”, - deyə Pentaqonun bəyanatında bildirilir.
ABŞ hərbi-dəniz qüvvələri buraxılışın həyata keçirildiyi Kaliforniya ştatındakı Ventura dairəsinin sahilində bütün adaya nəzarət edir. Rəsmi şəxslər, həmçinin bildiriblər ki, raket nüvə başlıqlı deyil, adi daşımalar üçün nəzərdə tutulub.
Xatırladaq ki, Birləşmiş Ştatlar yerüstü yaxınmənzilli raketlərin işlənib hazırlanmasına məhdudiyyəti nəzərdə tutan tarixi sazişdən çıxıb. Bu, Rusiyanın özünün “SSC-8” tipli nüvə raketini inkişaf etdirməklə sazişi pozmasının təsdiqlənməsindən sonra baş verib.