Stromboli adasında yeni güclü vulkan püskürmələri gözlənilir. NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun mütəxəssisləri adada yeni təkanların olacağı barədə xəbərdarlıq ediblər.
İyulda Strombolidə püskürmə nəticəsində bir nəfər həlak olub, vulkanın təpəsindəki kraterlərdə orta və çox güclü partlayışlar qeydə alınıb.
Mütəxəssislərin sözlərinə görə, Stromboli vulkanı daim fəal olduğu üçün yeni püskürmələr istisna olunmur.
İyulun 3-də baş vermiş püskürmə vulkanın monitorinqinin başlandığı 1985-ci ildən etibarən ən güclü püskürmələrdən biri adlandırılıb.
Stromboli adası Siciliyadan şimalda yerləşən Lipar adaları qrupuna aiddir. Stromboli vulkanının üç fəal krateri var. Sonuncu güclü püskürmə 2019-cu ildə baş verib.