Ermənistanda hərbi yük maşınının aşması nəticəsində 11 hərbçi yaralanıb

A- A A+

Avqustun 23-də Ermənistanın Tavuş bölgəsində ağır yol-nəqliyyat qəzası baş verib.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, saat 3:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin Bağanis kəndi ərazisindəki hərbi hissəsinin yaxınlığında “GAZ 66” markalı hərbi maşın aşıb. Qəza nəticəsində avtomobildə olan 11 hərbi qulluqçu xəsarət alıb. Müqavilə əsasında xidmət edən həmin hərbçilər tibb mərkəzinə yerləşdiriliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: