JAXA “Hayabusa-2” kosmik zondunu gələn il Yerə qaytarmağı planlaşdırır

A- A A+

Yaponiyanın Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) “Hayabusa-2” kosmik zondunun kapsulunun 2020-ci ilin sonlarında Yerə qaytarılmasını planlaşdırır. Onun Avstraliya səhrasına endirilməsi nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, Tokioda keçirilən mətbuat konfransında layihənin gələn ilin noyabr və ya dekabr aylarında həyata keçiriləcəyi bildirilib.

Xatırladaq ki, “Hayabusa-2” kosmik zondu 2014-cü ildə kosmosa buraxılıb. Ötən ilin iyununda o, Yerdən 300 milyon kilometr məsafədə yerləşən Ryuqu asteroidinə çatıb.

Cari ildə isə kosmik zond iki dəfə uğurla bu asteroidin səthinə enərək qeyri-adi missiyanı icra edib. Belə ki, asteroidin səthində süni krater yaradan zond oradan süxur nümunələri götürüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: