Ukraynada Ali Radanın deputatlarının sayının azaldılmasına dair qanun layihəsi hazırlanır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin Ali Radadakı nümayəndəsi Ruslan Stefançuk məlumat verib.
“Bir müddətdir ki, qanun layihəsi üzərində işlənilir. Biz partiyamızın proqramına uyğun olaraq elan etdiyimiz məsələləri həyata keçirəcəyik. Artıq Konstitusiyada bir çox dəyişikliklərin ediləcəyini söyləyə bilərəm. Buraya həm deputatların sayının azaldılması, həm də deputat toxunulmazlığının ləğvi məsələləri də daxildir”, - deyə R.Stefançuk əlavə edib.