Avropalı astronavtlar bundan sonra kosmosa ABŞ-ın gəmilərində uçacaqlar

A- A A+

Avropalı astronavtlar bundan sonra kosmosa ABŞ gəmilərində uçacaqlar. NUHÇIXAN Avropa Kosmik Agentliyinin (ESA) saytına istinadla xəbər verir ki, agentlik hazırda Beynəlxalq Kosmik Stansiyada olan və iyul ayında kosmosa uçmuş italiyalı astronavt Luka Parmitanonun Rusiyanın “Soyuz” gəmisində orbitə göndərilən sonuncu avropalı olduğunu bəyan edib.

Avrasiya aerokosmik konqresində çıxış edən Avropa Kosmik Agentliyinin Rusiyadakı təmsilçiliyinin rəhbəri Rene Pişel bildirib ki, “təəssüf ki, Parmitano “Soyuz” kosmik gəmisində uçan sonuncu avropalı astronavt olacaq”. O əlavə edib ki, avropalı astronavtlar bundan sonra kosmosa ABŞ-ın gəmilərində uçacaqlar.

2011-ci ildən bəri Beynəlxalq Kosmik Stansiyaya pilotlu missiyalar yalnız Rusiyanın “Soyuz” kosmik gəmisi vasitəsilə göndərilir. Onlar ABŞ, Rusiya və digər ölkələrin astronavtlarını orbitə çatdırır. Yaxın vaxtlarda isə “SpaceX” və “Boeing” şirkətlərinin istehsal etdikləri yeni kosmik gəmilər pilotlu missiyanı yerinə yetirəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: