İran yeni pilotsuz uçuş aparatını təqdim edib.
NUHÇIXAN xəbər verir ki, yerli istehsal olan uçuş aparatı 670 kiloqram ağırlığındadır və 120 kiloqram silah-sursat daşımaq imkanına malikdir.
İran Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, saatda 900 kilometr məsafəni qət edə bilən aparat yeni texnologiyaya əsasən müasir cihazla təchiz olunub və radarlardan yayına bilir.
Yeni pilotsuz uçuş aparatı İran ordusunun istifadəsinə verilib.