Cari ilin sonunadək Almaniyanın 100-dən artıq yerində 5G texnologiyasını dəstəkləyən 300-dək antena quraşdırılacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Deutsche Telekom”un Direktorlar Şurası bəyan edib. Şəbəkə ilin sonunadək Almaniyanın 20 iri şəhərini əhatə etməlidir.
Cari ilin iyun ayının ortalarında yeni mobil standartının tezliyi üzrə satış hərraclarında “Deutsche Telekom”, “Vodafone”, “Telefonica” və “United Internet” şirkətləri iştirak ediblər.
Bununla yanaşı, 5G şəbəkəsində Çinin “Huawei” telekommunikasiya konserninin avadanlığından istifadə olunması barədə qərar informasiya təhlükəsizliyi səbəbindən indiyədək qəbul edilməyib.