Türkiyədə qeyd olunan Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə İstanbulun məşhur Taksim meydanında yerləşən Rəqəmsal Göstəriş Mərkəzində "30 avqust - Zəfərə gedən yol" mövzusunda sərgi təşkil edilib.
NUHÇIXAN xəbər verir ki, sərgidə Qurtuluş Savaşına aid silahlar və türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün o zamana aid üst geyimi nümayiş olunur.
Ölkənin Rabitə Nazirliyi tərəfindən təşkil edilən sərgi çərçivəsində 3D formatda həmin günü əks etdirən film nümayiş olunub.
Sərgi 7 gün davam edəcək.