Ermənistanda insanlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə Gümrü şəhərində keçirilən toyda olub.
NUHÇIXAN xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, toyda 50-dən çox insan zəhərlənib. Onlardan 30 nəfəri xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mətbuatın yazdığına görə, zəhərlənməyə səbəb toyda verilən istifadə vaxtı keçmiş müxtəlif qida və şirələr olub.
Mənbələr bildirir ki, qidadan zəhərlənmə Ermənistanda adi hal alıb. Toy edənlər bəzən məcbur qalaraq vaxtı keçmiş ərzaq, hətta yararsız, iylənmiş ət məhsullarından istifadə edirlər.