Ermənistanın hazırda həbsdə olan sabiq prezidenti Robert Koçaryanın tərəfdarları sentyabrın 3-də Yerevanda növbəti etiraz aksiyası keçiriblər.
NUHÇIXAN panorama.am saytına istinadla xəbər verir ki, sabiq dövlət başçısının cinayət işi ilə bağlı məsələyə bu gün Ermənistanın Konstitusiya Məhkəməsində baxılır. Onun vəkilləri məhkəməyə müdafiə etdikləri şəxsin hüquqlarının pozulması ilə əlaqədar bir neçə müraciət təqdim ediblər. Söhbət sabiq prezidentə tətbiq olunmuş həbs qəti imkan tədbirinin dəyişdirilməsi və cinayət işinin qaldırılması ilə bağlı hüquqi əsasların olmamasından gedir.
Etirazçıların arasında həbsdə olan dövlət başçısının oğlu Levon Koçaryan da var. Onlara məhkəmənin qarşısında uzanaraq etirazlarını bildiriblər. Eyni zamanda, meydanda Koçaryanın əleyhdarlarının da mitinqi keçirilir.