Bu günlərdə Qərbi Flamandiyadakı Poelkapelle şəhərciyində iki dünya müharibəsi dövründən qalmış beş mininci döyüş sursatı zərərsizləşdirilib. Lakin bu heç də o demək deyil ki, indi Belçika belə təhlükəli tapıntılardan tamamilə təmizlənib, ona görə ki, yerli sakinlərdən, ilk növbədə fermerlərdən bu barədə siqnallar yenə daxil olur.
NUHÇIXAN Belçika KİV-lərinə istinadla xəbər verir ki, 2012-ci ilin avqust ayında növbəti döyüş sursatı partladılandan sonra mərmi və bombaların zərərsizləşdirilməsi üçün istifadə edilən əvvəlki qurğu sıradan çıxıb. Yeni belə qurğu keçən il Poelkapelledə quraşdırılıb. İndi Belçika ordusunun bombaları zərərsizləşdirmə bölməsi beşmininci, yubiley döyüş sursatının artıq məhv edildiyini bildirib,. Bu işin bir qədər ləngiməsi qurğuda yaranmış fasilə ilə bağlı idi.
Bu yaxınlarda tərkibində fosgen qazı olan, Birinci Dünya müharibəsi illərində Britaniya və Fransa qoşunları tərəfindən istifadə olunan kimyəvi silah deaktivasiya edilib. Qərbi Flandriyanın Vesthuk rayonunda dəhşətli döyüşlər bir ilə yaxın davam edib. Fermerlər həmin rayonda hər il minlərlə köhnə partladıcı maddə aşkar edirlər. Bu maddələrin çoxu hələ də təhlükəlidir. Poelkapelle meriyasından verilən məlumata görə, vətəndaşlardan az qala hər gün zənglər daxil olur. Məsələn, keçən il 3 mindən çox zəng daxil olub və 8 mindən çox tapıntı eyniləşdirilib. Məlum olub ki, həmin tapıntılardan 800-ünün tərkibində maye halda toksik maddələr var. Meriyada təəssüflə bildiriblər ki, bu dinamika azalmır.