UNESKO-nun Qlobal Geoparklar Şurasının bu gün İndoneziyada keçirilmiş 4-cü sessiyasında Portuqaliyanın Serra da Eştrela dağ silsiləsinə Dünya Geoparkı statusu verilib.
NUHÇIXAN xəbər verir ki, Portuqaliya alimlərinin fikrincə, UNESKO-nun bu dağ silsiləsinin namizədliyini təsdiq etməsi ərazinin geoloji potensialının, eləcə də onun təbiət və mədəni irsinin etiraf edilməsi deməkdir. Bu isə öz növbəsində həmin ərazidə yerləşən bələdiyyələrin turizm, iqtisadi və sosial potensialının artmasına və son nəticədə əhalinin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq.