Ermənistan ordusunun Madagiz ərazisində yerləşən hərbi hissələrinin birində silah oğurluğu olub.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, bu barədə “İnsan hüquqları üzrə jurnalistlər” qeyri-hökumət təşkilatına hərbi hissədəki mənbə məlumat verib.
İyul ayında baş verən oğurluqla bağlı rəsmi məlumat verilmir. Ancaq mənbənin məlumatına görə, oğurlanan silah “AQM” pulemyotunun bir növüdür və hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Məlumatda bildirilir ki, hərbi hissənin komandiri Armen Qyozalyan silahı müddətli hərbi qulluqçu, hazırda tərxis olunmuş S.M adlı şəxsin oğurladığından şübhələnir. Çünki komandir həmin əsgəri köləlik vaxtlarında qəbul edilmiş cəza vasitələri ilə cəzalandırıb. Bildirilir ki, komandir gecə yemək və yatmaq imkanından məhrum olan həmin gəncə hərbi qərargahın qarşısında oturmaq əmri verib. S.M adlı şəxs 3 gün oturaraq cəzasını keçirib. Halbuki onun tərxis müddəti bitibmiş. Bunula da məlum olur ki, komandir S.M adlı şəxsi qanunsuz olaraq xidmət yerində saxlayıb. Lori vilayətindən olan S.M adlı şəxs orduda xidmət edənə qədər isə Almaniyanın Makdeburq şəhərində yaşayıb. S.M adlı şəxs komandirinin xoşagəlməz cəzasını xatırlayıb. Onun hüquqlarını qoruyan Artsax vilayətinin vəkili Arman Baghryan isə verdiyi açıqlamada silah oğurluğu ilə əlaqədar cinayət işinin başlanıldığını bildirib.