Yaponiya Milli Təbiət və Elm Muzeyi müəyyən sahəni formalaşdıran və insanların həyat tərzinə təsir edən 26 adda məhsulu innovasiyalı əmtəələr siyahısına daxil edib.
NUHÇIXAN xəbər verir ki, elm və texnologiyalar sahəsində mühüm tarixi obyektlərin siyahısı Yaponiyada yaradılan texnologiyaların əbədiləşdirilməsi məqsədi daşıyır.
Cari ildə həmin siyahıya 1959-cu ildə yaradılmış təkobyektivli, güzgülü Nikon F fotoaparatı daxil edilib. Bu fotoaparatın yüksək keyfiyyətli çəkilişləri və funksiyaları onu bütün dünyada həm peşəkarlar, həm də həvəskarlar arasında məşhurlaşdırıb. Məhz bu fotoaparat Yaponiyanı fototexnika istehsalı sahəsində lider mövqeyə çıxarıb.
Hazırda həmin siyahıda 285 əmtəənin yerləşdiyi bildirilir.