Belçikanın Overeyse şəhərindən (Brabant əyaləti) 62 yaşlı boya və divar kağızı satıcısı Lyuk Mayzin asudə vaxtında uçmağı sevir. Özü də sadəcə uçmağı deyil, təyyarədən tullanaraq düşməyi sevir. O, paraşütü lap aşağıda, cismani düşmənin maksimal sürətini ölçəndən sonra açmağa üstünlük verir.
Mayzin təyyarədən tullanarkən daim bu sürəti ölçür. NUHÇIXAN yerli “Brabant press” qəzetinə istinadla xəbər verir ki, ötən istirahət günlərində belçikalı Hollandiya açıq çempionatında saatda 496,12 kilometr sürət toplayaraq, bundan əvvəl elə onun özünə məxsus olan dünya rekordunu təzələyib.