“Twitter” sosial şəbəkəsinin istifadəçiləri bir müddət SMS-in köməyilə telefondan tvit yaza bilməyəcəklər. Bu haqda 4 sentyabrda sosial şəbəkənin korporativ hesabında məlumat verilib.
NUHÇIXAN “iz.ru” saytına istinadən xəbər verir ki, "biz hesabları kənar müdaxilələrdən qorumaq üçün müvəqqəti olaraq SMS və ya mətn mesajı vasitəsilə tvit yazmaq imkanını deaktiv edirik" – mesajda deyilir.
Bildirilib ki, sözügedən funksiya tezliklə bərpa ediləcək.