Ermənistanda sosial tələblərlə aksiyalar davam edir. Bu dəfə əlil gənclər hökumət əleyhinə etiraz aksiyası keçiriblər.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, işğalçı ölkənin bütün bölgələrindən gələn aksiya iştirakçıları onlara olan ayrı seçkiliyə son qoyulmasını, peşə kurslarının açılmasını, ildə bir dəfə pulsuz müayinə aparılmasını tələb edirlər. Bundan başqa əlillər protez ortopedik mərkəzinin açılmasını və təqaüdlərinin artırılmasını istəyirlər. Etirazçılar hökumət binası qarşısında uzun müddətli oturaq aksiyalara başlayacaqlarını bildiriblər. Etiraz aksiyasına onların valideynləri də qoşulublar.