Hindistan Ay missiyasını yerinə yetirən “Chandrayaan-2” pilotsuz kosmik gəmisi ilə əlaqəni itirib. NUHÇIXAN xəbər verir ki, bu məlumatı Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) yayıb.
Məlumatda qeyd olunub ki, kosmik gəmidən ayrılaraq Ayın səthinə enən “Vikram” lunoxodunun hərəkəti ilə bağlı son məlumatlar alındıqdan sonra aparatla rabitə tamamilə itib. ISRO-nun sədri K.Sivan deyib: “Vikram”ın Ayın səthinə enməsi əməliyyatı plana uyğun həyata keçirilirdi və onu son olaraq 2,1 kilometrədək müşahidə etmək mümkün olub. Lakin bu məqamda rabitə itib və hazırda insidentin səbəbləri araşdırılır”.
ABŞ, Rusiya və Çindən sonra Hindistan Ayın səthinə yumşaq eniş edən dördüncü ölkə olmaq iddiasındadır. Qeyd olunur ki, rabitənin itməsi ISRO-nun Benqalurudakı mərkəzində böyük həyəcana səbəb olub. “Chandrayaan-2” pilotsuz kosmik gəmisinin iyulun 22-də kosmosa buraxılmasını Baş Nazir Narendra Modi başda olmaqla bir çox insan canlı yayımda izləmişdi.