Amerikanın “Boeing” konserni 777X laynerinin sınaqları zamanı texniki problemlərlə üzləşib.
NUHÇIXAN France-Presse agentliyinə istinadla xəbər verir ki, nasazlıqlar səbəbindən sınaqlar dayandırılıb. Konsern nümayəndəsinin sözlərinə görə, təyyarənin sınağı sertifikatlaşdırma prosesinin bir hissəsidir və ABŞ Federal Aviasiya İdarəsinin (FAA) inspektorlarının iştirakı ilə keçirilib. Hazırda baş verənlər təhlil edilir və səbəblərin müəyyənləşdirilməsi üzrə iş aparılır.
Agentliyin məlumatına əsasən, test zamanı təyyarənin qapısı qopub və bu, belə sınaqlarda çox az rast gəlinən hadisədir.
“Boeing 777X” təyyarəsinin ilk uçuşu 2020-ci ilin əvvəlinə planlaşdırılmışdı.
Qeyd edək ki, geniş füzelyajlı “Boeing 777X” layneri həm də dünyanın ən uzun sərnişin təyyarəsidir. Yeni model, həmçinin dünyanın ən iri iki mühərrikli sərnişin təyyarəsi olacaq.